Saytımızı qiymətləndirin


 
 

Əlibaba Məmmədov vəfat edib
Tarix: 25-02-2022 | Saat: 23:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

Əlibaba Məmmədovun doğum günüdür

Azərbaycan xanəndəsi, bəstəkar, Azərbaycan Xalq artisti Əlibaba Məmmədov bu gün vəfat edib.
Qarabaginfo.az bildirir ki, bu barədə APA-ya Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi məlumat verib.

Əlibaba Məmmədov 1930-cu ildə anadan olub. 1953–1958 ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində alıb.

1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978–1988 illərdə "Azkonsert birliyi"nin solisti olub. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində maestro Niyazinin təşəbbüsü ilə "Hümayun" xalq çalğı ansamblını yaradıb.

Xanəndənin böyük məharətlə ifa etdiyi "Rast", "Bayatı Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV-nin Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb və onlar xanəndələrin repertuarlarına daxil edilib.

Allah rəhmət eləsin!

 



Xəbəri paylaş

1227 dəfə oxunub.

Digər xəbərlər