Saytımızı qiymətləndirin


 
 

“Ukrayna Ordusu cəbhənin bir neçə istiqamətində üstünlük əldə edib” - Nazir müavini
Tarix: 25-02-2022 | Saat: 11:06
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Ukrayna Ordusu cəbhənin bir neçə istiqamətində üstünlük əldə edib” - Nazir müavini

“Ukrayna Silahlı Qüvvələri cəbhənin bir neçə istiqamətində üstünlük əldə edib”.

Qarabaginfo.az xəbər verir ki, bunu ölkənin müdafiə nazirinin müavini Anna Malyar feysbukda yazıb.

Onun sözlərinə görə, Ukrayna Ordusu Birləşmiş Qüvvələrin Əməliyyatı bölgəsində, həmçinin Seversk, Slobojanskoye, Tavriçeskoye istiqamətlərində üstünlüklə döyüşlər aparır.

“Döyüşlərimiz güclü, motivasiyalı və sarsılmazdırlar. Millətimizin də birliyi güclüdür! Qələbə bizimlədir”, - nazir müavini vurğulayıb.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı Çerniqov istiqamətində Rusiya işğalçılarının hücumunun dəf edildiyini açıqlayıb: “Düşmən Çerniqovdan Sednevə, Qrodnodan isə Semyovkaya çəkilməyə məcbur qalıb”. Onun sözlərinə görə, düşməndən xeyli sayda qənimət və sənəd əldə olunub.



Xəbəri paylaş

270 dəfə oxunub.

Digər xəbərlər