Saytımızı qiymətləndirin


 
 

Dövlət Antiinhisar Xidməti "Araz Supermarket” barəsində iş qaldırıb
Tarix: 24-02-2022 | Saat: 18:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dövlət Antiinhisar Xidməti Araz Supermarket” barəsində iş qaldırıb

“Araz Supermarket” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Qarabaginfo.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

Dövlət xidmətinin məlumatında bildirilib ki, yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına artan tələbatına ən yaxşı cavab verən marketin “Araz Supermarketlər” şəbəkəsi olması barədə kütləvi informasiya vasitələrində yayımlanan reklam xarakterli məlumatın antiinhisar və reklam qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyən etmək üçün Antiinhisar və İstehlak Bazrına Nəzarət Dövlət Xidməti tərəfindən araşdırmalara başlanılıb.

Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində ““Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” reklamının yayılmasında “Araz Supermarket” MMC-nin digər market şəbəkələrinə qarşı haqsız rəqabətə yol verməsi əlamətləri aşkar edilib.



Xəbəri paylaş

1207 dəfə oxunub.

Digər xəbərlər