Saytımızı qiymətləndirin


 
 

Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq üçün Moskvaya uçur?
Tarix: 23-02-2022 | Saat: 23:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Moskvada Ermənistana Azərbaycanla sülh sazişi təklif olunacaq. Yəni Ermənistan və Azərbaycan Minsk Qrupu prosesindən çıxacaqlar”. Bunu politoloq, Ermənistanın Konstruktiv Partiyasının rəhbəri Andrias Qukasyan “Hraparak” qəzetinə müsahibəsində Azərbaycan ilə Rusiya arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamənin imzalanmasının Ermənistana təsiri ilə bağlı jurnalistin sualını cavablandırarkən deyib.

Qukasyan qeyd edib ki, baş nazir Paşinyanın Moskvaya çağırışı da yəqin ki, bununla bağlıdır: “Moskvada Ermənistana Azərbaycanla sülh sazişi təklif olunacaq. Yəni Ermənistan və Azərbaycan Minsk Qrupu prosesindən çıxacaq. Aydındır ki, Rusiyanın Donetsk və Luqanskın müstəqilliyinin tanınmasından sonra düşdüyü siyasi şəraitdə Minsk Qrupunun həmsədrləri ilə üçtərəfli formatdan danışmaq mümkün olmayacaq. Nəticədə Ermənistanla münaqişəyə son qoyan sülh sazişi imzalanacaq. Ermənistan üçün bu, Qərbə qarşı addımdır, çünki Fransa və ABŞ 9 noyabr sazişinin əleyhinə idilər”.



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər