Saytımızı qiymətləndirin


 
 

Artıq çəkidən azad olmaq istəyirsiniz?  - Video
Tarix: 23-10-2019 | Saat: 10:11
Bölmə:Karusel / Sosial | çapa göndər

Artıq çəkidən azad olmaq istəyirsiniz?

 

Ölkəmizdə ilk dəfə, mədənin boruvari rezeksiyasını icra edən bariatrik cərrah Anar Namazovun “Qafqazinfo”ya müsahibəsi:

- Həkim, əvvəlcə sizi tanıyaq.

- Artıq 20 ildir ki, cərrahiyyə ilə məşğul oluram. Fəaliyyətimin son 5-6 ilini artıq bariatrik cərrah kimi fəaliyyət göstərirəm.

- Nədir bariatrik cərrahiyyə?

- Artıq çəkidən əziyyyət çəkən insanlar əgər dieta və idmanla istədikləri nəticəni əldə edə bilmirsə, bu zaman onları cərrahiyə yolu ilə arıqladırıq. Bir sözlə, artıq çəki cərrahiyyəsi.

Bu zaman böyük kəsiklər aparmadan xəstə qarın boşluğunda əməliyyat olunur. Bir neçə növü var, ən geniş yayılmışı mədənin boylama rezuksiyası əməliyyatıdır. Bu əməliyyat vasitəsilə pasientlərimiz arıqlığına və sağlamlığa qovuşurlar.

Artıq çəki sadəcə sağlamlıq problemi deyil, həm də sosial problemdir. Xüsusilə də qadınlar arasında çox ciddi problemərə gətirib çıxarır. İstər kişi, istərsə də qadın olmağından asılı olmayaraq artıq çəkidən azad olmaq lazımdır.

Mədəkiçiltmə əməliyyatı cərrahi prosedur olduğundan çox vaxt insanlar bundan qorxur. Əməliyyatın riskli tərəfləri varmı?

Əlbəttə bütün əməliyyatlar özündə bir risk ehtimalı daşıyır. Ancaq bu ehtimal kiçikdir və bu səbəbdən də geniş tətbiq olunur. 1,65 boyunda, 118 kq çəkisi olan xanım pasientim var. 21 yaşındadır, ancaq həm sağlamlığı, həm xarici görünüşü, həm də sosial həyatı baxımından çox çətindir. Artıq çəki gələcəkdə ana olma ehtimalını da aşağı salır. Əməliyyat olunmadığı halda da həyatı risk altındadır. Statistikaya görə, ölümcül köklükdən, obozitedən əziyyət çəkən insanların orta ömrü arıq insanlara nisbətdə 10-12 il azdır.

Bu günə kimi ciddi nəticələr əldə etmişik. 150, 160, 200 kiloqrama kimi çəkisi olan insanlar bir il ərzində 70-80 kq çəki ata bilib. Əgər insanlar artıq çəkisinin 70-75%-ni itirməyə müvəffəq olursa, bu artıq yaxşı nəticə sayılır.

-Əməliyyat nə qədər vaxt çəkir və xəstənin sonrakı taleyi necə olur?

-Təqribən 50-70 dəqiqəlik əməliyyatdır. Əməliyyatdan 3 saat sonra xəstə yeridilir, 3 gün sonra isə evə yazılır. Uğurlu keçəcəyi təqdirdə 1 həftədən sonra xəstə əmək fəaliyyətini davam etdirə bilirlər.

İlk vaxtlar mədələri kiçildiyi üçün qidaya fikir vermək lazımdır. Bizim 2-5 həftəlik dieta planımız var. Həmin plana uyğun olaraq ilk aylarda qidalanmalarını daha diqqətli həyata keçirirlər. Ondan sonra isə normal həyata qayıdırlar.

Cəmiyyətimizdə, təəssüf ki, özümüz də bilmədən kök insanlara qarşı kobud rəftar edirik. Onların çox yediyini deyirik, düzgün geyim seçmədikləri üçün qınayırıq, müəyyən tövsiyələrimiz olur. Bu da onlara psixoloji basqıdır. Bütün bunlar geridə qaldıqda, artıq həmin şəxs həyatı, ətrafı sevməyə başlayır.

Artıq 1000-dən artıq əməliyyat etmişik və xeyli xoş sözlər alırıq.

- Mədəkiçiltmə əməliyyatı edən biri yeməyinə diqqət etmədiyi təqdirdə çəkisini geri almaq ehtimalı varmı?

Bədənin ölçüsü 4-5 dəfə kiçilir və az qida qəbul olunur. Hormonal tərəfi də belədir ki, doyma aktı tez yaranır və xəstə özünü belə xoşbəxt hiss edir. Beləliklə xəstə 1 il, il yarıma idman məşğələləri ilə məşğul olaraq normal çəkiyə qayıdır. Həmin zamandan sonra necə ki bizim kökəlmə riskimiz var, onların da elə. Çox yeyib az hərəkət edən hər kəs kökələcək. Statistik göstəricilərə baxsaq, həmin şəxslərin əvvəlki vəziyyətinə qayıtma ehtimaı 1%-dir. Ancaq endikləri çəkinin artması 8-10%-dir. Əməliyyatın effekti əbədi deyil. Etdiyimiz əməliyyatlardan sonra əvvəlki çəkisinə qayıdan olmayıb.

- Bildiyimizə görə, ölkə xaricində də əməliyyatlar edirsiz. Bu təkliflər necə gəldi?

Azərbaycana da müxtəlif ölkələrdən həkimlər gəlir, əməliyyat edirlər. Biz də gördük ki, bu əməliyyatları heç də kimdənsə aşağı etmirik. Hətta daha yaxşı olduğumuz qərarına gəldik. Bu düşüncəyə bizi gətirib çıxaran əsas səbəblərdən biri də xaricdən çox sayda müraciət almağımız oldu. İrandan, İraqdan, Gürcüstandan, Türkiyədən, elə keçmiş MDB ölkələrdindən xeyli xəstə gəlir. Biz də Özbəkistanı seçdik və orada əməliyyatlar etməyə başladıq. Orada 40-a yaxın həkim və tibb bacısına kurslar keçib sertifikat vermişik. Təvazökarlıqdan uzaq olsa da, azərbaycanlı həkim qrupunun xarici ölkədə bu əməliyyatları uğurla həyata keçirməsi məni çox qürurlandırır.

- Sosial şəbəkələrdə xəstələrinizin əvvəlki və sonrakı şəkillərini yayımlayırsız. Bəzilərini tanımaq olmur.

Xəstələrimin hər birinin üzündə sevinc gördükdə xoşbəxt oluram. 70 kilo çəki atan xəstələrim var, şəhərdə görəndə tanımıram, onlar mənə yaxınlaşır. Bəzilərinin il ərzində görünüşü ilə pasport şəkilləri arasında elə fərq yaranır ki, xarici səfər etdikdə gömrükdə saxlanılırlar. Bəzən bizim əməliyyat kağızını özlərində gəzdirirlər ki, tanınmadığı təqdirdə göstərsinlər.

- Ölkədə artıq çəki ilə bağlı vəziyyət nə yerdədir? Həyəcan siqnalı çalmaq lazımdır?

Ümumi statistikaya baxsaq, artıq insanların 15%-i artıq çəkidən əziyyət çəkir. Bu, çox ciddi rəqəmdir. 1,5 milyon adam artıq çəkidən əziyyət çəkirsə, onların 30-40%-nin əməliyyata ehtiyacı var. Hər xəstəni də əməliyyat etmək olmur. Əvvəlcə idman və dieta kimi vasitələrə müraciət olunmalıdır. Tövsiyə edirəm ki, analar məktəb yaşlarında uşaqları düzgün qida vərdişlərinə öyrəşdirsin. Vaxtında müdaxilə sonrakı çətinliklərdən qoruyur.

Əlaqə: (050) 220 69 61, (070) 220 69 61

İnstaqram: https://www.instagram.com/anar_namazov_dr/

https://bariatrik.az/

 

 

 



Xəbəri paylaş

487 dəfə oxunub.

Digər xəbərlər
10-01-2022, 10:19 Tofiq Babanlı vəfat edib