Saytımızı qiymətləndirin


 
 

“Rusiyanı dayandırmaq üçün qəti addımlar gözləyirik, qınamaq kifayət deyil”
Tarix: 23-02-2022 | Saat: 23:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Rusiyanı dayandırmaq üçün qəti addımlar gözləyirik, qınamaq kifayət deyil”

"Rusiyanı dayandırmaq üçün indi sizin köməyinizə və diplomatiyanıza ehtiyacımız var. Diplomatiya üçün hələ vaxtımız var".

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dimitro Kuleba BMT-dəki çıxışında deyib.

Kuleba Rusiyanın iddialarının absurd olduğunu və Ukraynanın heç kimi təhdid etmədiyini, hücum planlaşdırmadığını bildirib.

"Ukrayna heç vaxt Donbassda hərbi heç nə planlaşdırmayıb və planlaşdırmayacaq. Bu cür iddialarla məntiqin təməl prinsipləri pozulur".

Ukrayna XİN rəhbəri Ukraynanın aldığı hərbi dəstəkdən də danışıb:

"Bu, Ukraynanın müdafiə sistemini gücləndirmək üçündür".

Kuleba qeyd edib ki, Rusiyanın bəyanatları Ukraynanı təhdid etməkdən başqa, beynəlxalq sülh və təhlükəsizliyi də təhdid edir:

"İkinci Dünya Müharibəsindən bəri ən böyük təhlükə ilə üz-üzəyik. Rusiyanın Donbassla bağlı iddiaları əsassızdır. Bizim Donbassda heç vaxt təxribat planımız olmayıb. Putin Ukraynanın suverenliyini pozub".

Kuleba BMT-nin Baş Assambleyasında çıxış etdiyi üzv dövlətlərdən Rusiyaya qarşı qəti addım gözlədiklərini bildirib:

"Heç kim bu böhrandan qaça bilməz. Əgər Putin Ukraynaya hücumu davam etdirsə, hökumətləriniz və xalqlarınız da bizim kimi ağrılı nəticələrlə üzləşəcək. Bu səbəbdən biz Rusiyanı dayandırmalıyıq. Çünki aydındır ki, Putin bunu edəcək.

Düşünürəm ki, BMT qəti addım atıb Putinə qarşı gücündən istifadə etsə, Rusiya dayanacaq. Ukrayna beynəlxalq ictimaiyyətdən qətiyyətli və proporsional addımlar gözləyir. Sadəcə qınamaq kifayət deyil”.



Xəbəri paylaş

1261 dəfə oxunub.

Digər xəbərlər
7-06-2022, 13:05 Sabahın hava proqnozu