Saytımızı qiymətləndirin


 
 

Şagirdin saçına irad bildirən müəllimə töhmət verilib
Tarix: 16-12-2021 | Saat: 17:12
Bölmə:Karusel / Təhsil | çapa göndər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

 

"Paytaxtdakı 116 nömrəli tam orta məktəbdə oğlan şagirdin saçının uzun olduğuna görə müəllimin ona irad bildirməsi səbəbindən yaranmış anlaşılmazlıq ilə bağlı məktəbdən valideyn ilə əlaqə saxlanılıb və yaranmış anlaşılmazlığa aydınlıq gətirilib".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Qarabaginfo.az-a verilən məlumata görə, daha sonra məktəb rəhbərliyi tərəfindən qeyd olunan müəllimə töhmət verilib.

Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideyn ilə əlaqə saxlanılıb. Valideyn vaxt məhdudiyyəti olduğuna görə ona uyğun vaxtda BŞTİ-nin nümayəndələri ilə birgə məktəbdə olacağını bildirib. Bu görüşdə anlaşılmazlığa səbəb olan məsələnin bir daha müzakirə olunacağı valideynin nəzərinə çatdırılıb.

Qeyd edək ki, haqqında bəhs edilən şagird jurnalist Röya Rəfilinin övladıdır. Jurnalist baş verən hadisə barədə sosial şəbəkədə məlumat verib.



Xəbəri paylaş

1310 dəfə oxunub.

Digər xəbərlər