Tarix: 23-02-2022 | Saat: 23:04
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Ukrayna hakimiyyəti Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi halında Ankaradan Bosfor və Dardanel boğazlarını Rusiya gəmiləri üçün bağlamağı xahiş edəcək”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyə Respublikasındakı səfiri Vasili Bodnar “Reuters” agentliyinə bildirib. Ukrayna sərhədi yaxınlığında Rusiya hərbi gəmilərinin olması ilə bağlı sualı cavablandıran Bodnar deyib ki, bu gəmilər Kiyev üçün “böyük təhlükə” yaradır.
“Biz inanırıq ki, genişmiqyaslı hərbi müdaxilə və ya Ukraynaya qarşı hərbi əməliyyatların başlanması halında - müharibə təkcə de-fakto deyil, həm də de-yure olanda - Türkiyə hökumətindən Qara dəniz boğazlarının Rusiyaya bağlanması imkanını nəzərdən keçirməyi xahiş edəcəyik”, - deyə səfir qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Qara dənizə Şimal və Baltik Donanmasının altı böyük desant gəmisini yerləşdirib. Rusiya Müdafiə Nazirliyi gəmilərin birgə təlimlərdə iştirak edəcəyini bildirib.
Digər xəbərlər