Saytımızı qiymətləndirin


 
 

Quterreş: "Dünya ən böyük sülh və təhlükəsizlik böhranı ilə üz-üzədir"
Tarix: 23-02-2022 | Saat: 22:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Quterreş: Dünya ən bpyük sülh və təhlükəsizlik böhranı ilə üz-üzədir

“BMT Baş katibi Antoniu Quterreş Baş Assambleyanın Ukraynadakı hadisələrlə bağlı diplomatik müzakirələrini dəstəkləyir və bunun uğurlu nəticələr verəcəyinə ümid edir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Baş katibin sözçüsü Stefan Düjarrik keçirdiyi brifinqdə bildirib.

Düjarrik əlavə edib ki, Quterreş BMT Baş Assambleyasının Ukraynadakı son hadisələrə həsr olunmuş sessiyasındakı çıxışında Rusiyanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozduğunu, bu addımın BMT Nizamnaməsinə, eləcə də Minsk razılaşmasına birbaşa zidd olduğunu təkrar vurğulayıb.

Baş katib çıxışında dialoq diplomatiyasını dəstəklədiyini bir daha qeyd edib.

Quterreş dünyanın ən böyük sülh və təhlükəsizlik böhranı ilə üzləşdiyini xüsusi vurğulayıb.

"Ukraynada müharibənin olması təkcə Ukrayna xalqı üçün deyil, bütövlükdə region üçün fəlakətə səbəb ola bilər", - Baş katib əlavə edib.



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər