Saytımızı qiymətləndirin


 
 

"Sevilya"nın baş məşqçisi Mahir Emrelini təhlükəli futbolçu adlandırıb
Tarix: 23-02-2022 | Saat: 22:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dinamo" Mahir Emrelini gözləyir - Komanda.az

İspaniyanın "Sevilya" klubunun baş məşqçisi Xulen Lopetegi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emrelini təhlükəli futbolçu adlandırıb.

Qarabaginfo.az-ın məlumatına görə, 55 yaşlı mütəxəssis bu barədə Zaqreb təmsilçisinə qarşı keçiriəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə təşkil olunmuş mətbuat konfransında açıqlama verib.

İspaniyalı baş məşqçi "Dinamo"nun heyətində 25 yaşlı forvardla yanaşı, Bruno Petkoviç və Deni Yuriçi də qeyd edib: "Rəqibin necə komanda olduğunu bilirik. Heyətində Petkoviç, Emreli və Yuriç kimi təhlükəli oyunçular var. "Dinamo"nun oyunu necə quracağına dair aydın təsəvvürlərimiz var. Rəqib nə dərəcədə ciddi komanda olduğunu ilk matçda göstərdi. Sabah hər şey daha da çətin olacaq".

Qeyd edək ki, fevralın 24-də keçiriləcək "Dinamo" - "Sevilya" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Komandalar arasındakı ilk görüşdə Zaqreb təmsilçisi 1:3 hesabı ilə uduzub.



Xəbəri paylaş

1278 dəfə oxunub.

Digər xəbərlər
15-04-2022, 14:39 Rusiya ABŞ-a nota verdi