Saytımızı qiymətləndirin


 
 

Binəqədidə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi - Fotolar
Tarix: 23-02-2022 | Saat: 19:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Binəqədidə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalım, evimizə qayıdırıq!” adlı tədbir keçirilib.

Qarabaginfo.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri - Madər Musayev, Kəmaləddin Qafarov və Səbinə Xasayeva, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov, “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin rəhbəri Ayna Novruzova, aprel şəhidləri Emin Bağırovun atası İmran Bağırov, Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı, Vətən müharibəsi qaziləri - Əziz Əzizov, İlkin Kərimli və Orxan Osmanov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin rəhbəri Günel Həsənova, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən QHT sədrləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatlarının sədrləri və üzvləri və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbir şəhidlərin əziz xatirələrinin ehtiramla yad edildikdən sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında “Xocalım, evimizə qayıdırıq!” adlı ədəbi-bədii kompozisiyanın təqdimatı ilə açıq elan olunub.

Tədbirdə çıxış edənlər Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, millət vəkili Kəmaləddin Qafarov, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov və “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin rəhbəri Ayna Novruzova tamaşa haqqında təəssüratlarından bəhs edərək əlavə ediblər ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmış, tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və ermənilər tərəfindən kütləvi qırğınlarla üzləşib.

Tədbir iştirakçıların Xocalı faciəsi haqqında xatirələrini və tamaşanın təəssüratlarını bölüşməklə davam etdirilib.

 



 



Xəbəri paylaş

1257 dəfə oxunub.

Digər xəbərlər