Saytımızı qiymətləndirin


 
 

İsrail Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb
Tarix: 23-02-2022 | Saat: 17:11
Bölmə:Karusel / Dünya | çapa göndər

 

İsrailin dövlət quruluşu | kanal24.az"İsrail Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir".

Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda bildirilib ki, İsrail Ukraynanın şərqində atılan addımlar və vəziyyətin ciddi şəkildə gərginləşməsi ilə bağlı beynəlxalq ictimaiyyətin narahatlığını bölüşür.

İsrail XİN bəyanatında qeyd edib ki, İsrail gərginliyin aradan qaldırlmasında diplomatik həllə ümid edir və tərəflərin istəyəcəyi təqdirdə kömək etməyə hazırdır.

"İsrail Ukraynada yaşayan minlərlə İsrail vətəndaşının və ölkədəki böyük yəhudi icmasının rifahından narahatdır.

İsrail Ukraynaya humanitar yardımı dərhal göndərməyə hazırdır və bu məsələ ilə bağlı Ukrayna rəsmiləri ilə əlaqədədir", bəyanatda bildirilib.

Qeyd edək ki, İsrail Ukrayna və Rusiya arasında gərginliklə bağlı neytral mövqe nümayiş etdirir.



Xəbəri paylaş

1217 dəfə oxunub.

Digər xəbərlər