Saytımızı qiymətləndirin


 
 

AMEA-da “2030-cu ilədək Azərbaycan elminin inkişaf Strategiyası layihəsi” hazırlanıb
Tarix: 23-02-2022 | Saat: 17:04
Bölmə:Karusel / Təhsil | çapa göndər

Milli Elmlər Akademiyası nə iş görür? - ARAŞDIRMA

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin səlahiyyətlərini icra edən akademik Arif Həşimov Akademiyanın Kimya Elmləri Bölməsinə daxil olan elmi müəssisələrin rəhbərləri ilə görüşüb.

AMEA Rəyasət Heyəti Mətbuat Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, görüşdə əsas müzakirə mövzuları Akademiyanın institutları qarşısında duran vəzifələr, mövcud problemlər, onların aradan qaldırılması yolları, eləcə də yüksək elmi nailiyyətlər əldə etmək üçün görüləcək işlər və aparılmalı islahatlarla bağlı olub.

Akademik Arif Həşimov belə görüşlərin digər elmi bölmələrdə də keçirlməsinin nəzərdə tutulduğunu deməklə ilk görüşə Kimya Elmləri Bölməsindən başlamalarının səbəbinə də aydınlıq gətirib: “Bu bölmə və bölməyə daxil olan institutların fundamental və tətbiqi elmi tədqiqatların tutumuna, innovativ fəaliyyətinə, tarixi təcrübəsinə və mövcud kadr potensialına görə Akademiyada xüsusi yeri və çəkisi var. Hazırda Azərbaycanın kimya elmi həm dünyanın prioritetlərinə, həm də ölkəmizin real ehtiyaclarına uyğun ciddi elmi potensiala malikdir. Mən əminliklə deyirəm ki, istər Qarabağ ərazisində həyata keçirilən bərpa-quruculuq işləri, istər respublikanının hərbi qüdrətinin artırılması, istər ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, istərsə də sənayenin inkişafı baxımından kimya elmləri bölməsində həyata keçirilən elmi tədqiqatların böyük əhəmiyyəti var”.

Akademik Arif Həşimov çıxışında AMEA-da “2030-cu ilədək Azərbaycan elminin inkişaf Strategiyası layihəsi”nin hazırlandığı haqqında da məlumat verib: “Layihənin hazırlanmasında Kimya Elmləri Bölməsi alimlərinin də olduqca böyük əməyi var. Onlar öz dəyərli təklifləri ilə bu sənədin hazırlanmasında yaxından iştirak ediblər. Layihə yaxın vaxtlarda geniş müzakirəyə təqdim ediləcək. Hesab edirəm ki, dövlət səviyyəsində layihənin təsdiqinə nail olsaq, bu Azərbaycan elminin inkişafına mühüm töhfə olacaq”.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun baş direktoru Dilqəm Tağıyev, 

Aşqarlar Kimyası İnstitutu

nun direktoru Vaqif Fərzəliyev, 

Neft-Kimya Prosesləri İnstitutu

nun direktoru Vaqif Abbasov və 

Polimer Materialları İnstitutu

nun direktoru Bəxtiyar Məmmədov rəhbərlik etdikləri elmi müəssisələrdə daha yüksək elmi nəticələrin əldə olunmasına mane olan prolemlər və bu problemlərdən çıxış yollarına dair təkliflərini səsləndiriblər. Müəssisə rəhbərləri diqqəti daha çox kadr məsələsinə, elmi işçilərin tərkibinin gəncləşirilməsinə, eləcə də laboratoriyaların yeni avadanlıq və cihazlarla təchiz olunmasının vacibliyinə yönldiblər.(Report)



Xəbəri paylaş

1293 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70