Saytımızı qiymətləndirin


 
 

Rusiya lideri: "Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına xüsusi diqqət yetirdik"
Tarix: 22-02-2022 | Saat: 23:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Rusiya lideri: Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına xüsusi diqqət yetirdik

"Təbii ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərinə xüsusi diqqət yetirdik. Bildiyiniz kimi, dünən Ermənistanın baş naziri ilə mənim telefon danışığım olub. Azərbaycan, Ermənistan və Rusiyanın Dağlıq Qarabağ üzrə ali səviyyədə nail olunan bütün üçtərəfli razılaşmalarının tam həcmdə icrasının vacibliyi təsdiq edilib".

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.

Rusiyanın dövlət başçısı qeyd edib: "Fikrimizcə vacib olan odur ki, indi regionda həyat qaydaya düşür, dinc məcraya daxil olur. Artıq 50 mindən çox qaçqın öz evlərinə qayıdıb. Təsərrüfat infrastrukturunun yenidən qurulması, tarixi, dini və mədəni obyektlərin mühafizəsi üzrə praktik məsələlər həll olunur.

Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə və bütövlükdə Dağlıq Qarabağ ətrafındakı vəziyyətin sabitləşməsinə Rusiyanın töhfəsinə Azərbaycan tərəfdən yüksək qiymət verilib. Bizim sülhməramlılar vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminin dəstəklənməsini təmin edir, minalardan təmizlənmə işləri aparır, humanitar aksiyalarda iştirak edir və yerli əhaliyə kömək göstərirlər. Rusiyalı hərbi həkimlər koronavirus əleyhinə profilaktik tədbirlər, o cümlədən Rusiya preparatları ilə vaksinləmə həyata keçirirlər.

Regionda bütün iqtisadi, nəqliyyat əlaqələrinin tezliklə açılmasına bundan sonra da kömək göstərmək barədə razılaşdıq. Söhbət Azərbaycan və Ermənistan arasında və regionun digər ölkələri ilə sərnişin və yük daşımalarının tam həcmdə bərpasından, ticarət, sənaye, kənd təsərrüfatı, infrastruktur kimi sahələrdə konkret birgə layihələrin icraya hazırlanmasından gedir. Bu prosesin bütün iştirakçıları – bilavasitə Azərbaycan və Ermənistan, əlbəttə ki, Ermənistanın və Azərbaycanın bütün qonşuları bunda maraqlıdırlar".



Xəbəri paylaş

1282 dəfə oxunub.

Digər xəbərlər