Saytımızı qiymətləndirin


 
 

İran Parlamenti "Mühafizə Planı"nın ümumi müddəalarını təsdiqləyib
Tarix: 22-02-2022 | Saat: 22:29
Bölmə:Karusel / Region | çapa göndər

İran Parlamenti "Mühafizə Planı"nın ümumi müddəalarını təsdiqləyib

İran parlamentini Kiberməkanda İstifadəçilərin Hüquqlarının Müdafiəsi üzrə Birgə Komissiya "Mühafizə Planı"nın ümumi müddəalarını təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, bu planın lehinə 18 səs və əleyhinə 1 səs verilib.

"Mühafizə planı"nın detalları komissiyanın növbəti iclasında müzakirəyə çıxarılacağı bildirilir.

Qeyd edək ki, bir müddət öncədən bu planın təsdiqlənməsi İranda sosial şəbəkə istifadəçilərinin narahatlığına səbəb olmuşdu.

Fəallar internetin məhdudlaşması, sosial şəbəkələrdə iş və gəlir əldə etmənin məhdudlaşmasından narahatdılar.

Baxmayaraq ki, bu planı dəstəkləyənlər bildirir ki, plan internetin məhdudlaşdırılmasına xidmət etmir. Bu plan haqqında digər məsələ budur ki, digər ölkələrin mesajlaşma sistemlərinin İranda fəaliyyəti üçün qanunlara tabe olması tələb olunacaq.



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər