Tarix: 07-10-2019 | Saat: 10:16
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AzTV-də “Həftə” proqramının qonağı olub.
Qarabaginfo Demokrat.az"a istinadən xəbər verir ki, Ə.Həsənov açıqlamalarında bir çox vacib məqamlara toxunub. O, Prezident İlham Əliyevin “Valday” disskusiya klubunda Qarabağ məsələsi ilə bağlı tarixi çıxışına toxunaraq, həmin çıxışın böyük ajiotaj yaratdığını bildirib. Dövlət başçısının Rusiya səfəri zamanı iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Prezidentin köməkçisi bildirib ki, ölkə başçısı İlham Əliyev Azərbaycan xalqının qürur mənbəyidir. Belə bir liderə qalib gəlmək bu günə qədər Azərbaycan müxalifətinə müyəssər olmayıb, olmayacaq da!".
“Biz cənab Prezidentlə, onun yürütdüyü aydın, qətiyyətli siyasətlə nə qədər qürur duyuruqsa, bir o qədər də Azərbaycan müxalifətinin qeyri-vətənpərvərliyi ilə həmişə xəcalət çəkirik”.
Digər xəbərlər