Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaq şübhəli bilinən şəhər sakini Elçin Əsgərovdan 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərk götürülüb.

Daxili İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində isə 1 kq 565 qram çəkidə narkotik vasitə olan “marixuana” aşkar oluraq götürülüb.

Bundan başqa Baş İdarənin Nizami rayon polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbdirləi nəticəsində isə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Araz Məmmədovdan müxtəlif bükümlərdə narkotik maddə olan “heroin”aşkar edilib.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.