Saytımızı qiymətləndirin


 
 

Səfirlik İsveç, Norveç və Finlandiyada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib
Tarix: 18-02-2022 | Saat: 13:24
Bölmə:Karusel / Siyasət | çapa göndər

Səfirlik İsveç, Norveç və Finlandiyada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

Azərbaycanın Stokholmdakı Səfirliyi İsveç, Norveç və Finlandiyada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.

Səfirlikdən Qarabaginfo.az-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1553 nömrəli Fərmanı ilə "Pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"nin 3.2.2-ci yarımbəndindən "və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifıkasiya kartı" sözləri çıxarılmış və vətəndaşlara yeni ümumvətəndaş pasportunun yalnız etibarlılıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsi əsasında rəsmiləşdirilməsi müəyyən olunub.

Belə ki, fərdi identifikasiya nömrəsi (FİN) və etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqəsinə malik olan Azərbaycan Respublikası vətəndaşı ümumvətəndaş pasportunu Azərbaycanda rəsmiləşdirməlidir. Səfirlikdə ümumvətəndaş pasportu yalnız etibarlılıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsi əsasında rəsmiləşdirilir.



Xəbəri paylaş

1189 dəfə oxunub.

Digər xəbərlər