Saytımızı qiymətləndirin


 
 

ABŞ səfirliyi yeni elektrik avtomobilinin təqdimatını keçirib
Tarix: 18-02-2022 | Saat: 12:26
Bölmə:Karusel / Siyasət | çapa göndər

ABŞ səfirliyi yeni elektrik avtomobilinin təqdimatını keçirib

ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda diplomatik nömrəli yeni elektrik avtomobilini təqdim edib.

Qarabaginfo.az xəbər verir ki, ABŞ-ın Bakıdakı səfirliyinin avtomobil parkına məxsus olan bu maşın səfirliyin ətraf mühiti qoruyan təşəbbüslərə dəstəyə sadiq olduğunun nümunəsi olduğunu bildirib.

“Səfir müavini Maykl Dikkerson yeni avtomobili Azərbaycanın tanınmış müğənnisi Eldar Qasımov ilə birgə “carpool karaoke” üslubunda çəkilmiş video çarxda təqdim edib.

Səfirlik Eldar və Kaspian Media Qrupu ilə tərəfdaşlıq edərək ətraf mühitin qorunmasında fərqli rol oynayan yeni elektrik maşını təqdim etməkdən məmnunluq duyduğunu bildirib. Səfirlik habelə Landmark biznes mərkəzinə, ərazisində maşının enerji doldurulma stansiyasını yerləşdirdiyinə görə minnətdarlığını bildirib. Bu maşının gündəlik və səmərəli istifadəsi sayəsində biz yanacağa sərfiyyat edərək, karbon qazının ətraf mühitə tullanmasını qarşısını almağa nail olacağıq.

Elektrik maşınların istifadəsinə keçid almaq qərarı Prezident Baydenin 2030-cu il üçün ABŞ-ın atmosferə istixana qazlarının tullantılarının miqdarını yarıya endirmək öhdəliyinə uğun həyata keçirilir. Prezident Bayden həmçinin bəyan edib ki, Amerika etraf mühitə zərərsiz avtomobillərin istifadəsində lider rolunu oynayacaq. O, 2030-cu il üçün elektrik avtomobillərin ümumi satışların 50 faizini təşkil etməsi kimi ambisiyalı məqsədi bəyan edib.

Dünyanın vətəndaşları olaraq biz hamımız sözügedən səylərlə; avtomobillərin istifadəsini azaltmaq, velosipedlərdən istifadə etmək, gəzmək və təbii ki elektrik avtomobillərdən istifadə etməklə dəstək verə bilərik”.



Xəbəri paylaş

1262 dəfə oxunub.

Digər xəbərlər