Bakıda avtomobillərin intensiv hərəkət etdiyi yolu piyada keçən ahıl kişi qəzaya səbəb olub.
"Report.az"a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Sosial şəbəkələrdə paylaşılan videodan görünür ki, yolun bir tərəfindən digər tərəfinə keçməyə çalışan piyada şəhər istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısına çıxıb.
Bu zaman sürücü piyadanı vurmamaq üçün manevr edib və nəticədə bordürə çırpılaraq yolun digər hərəkət zolağına keçib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.