Gələn həftə Milli Məclisin xüsusi iclası keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, iclas Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunacaq.

İclasda xarici ölkələrin parlamentlərinə, beynəlxalq parlament təşkilatlarına 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğının soyqırımı cinayəti kimi tanınması ilə bağlı müraciət ünvanlanacaq.