Saytımızı qiymətləndirin


 
 

FHN-in helikopteri 9 nəfəri xilas etdi  - Yenilənib
Tarix: 26-07-2019 | Saat: 18:21
Bölmə:Karusel / Sosial | çapa göndər

 

FHN-in helikopteri 9 nəfəri xilas etdi

 

İran İslam Respublikasının bayrağı altında üzən Şəbahəng quru - yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliynin Milli Mərkəzinə saat 14:10-da qəza həyəcan siqnalı daxil olub. 

Qarabaginfo xəbər verir ki, qurumun mətbuat xidmətindən “Qafqazinfo.az”ya verilən məlumata görə, qərargah tərəfindən FHN-nin 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib. 

Hazırda xilasetmə əməliyyatları həyata keçirilir.

***

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Şəbahəng” quru - yük gəmisinin 9 nəfər şəxsi heyətinin FHN helikopterləri, Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi tərəfindən xilas edilməsi əməliyyatı saat 16:10 radələrində uğurla başa çatdırılıb.

Xilas edilən 9 nəfər təhlükəsiz şəraitdə sahilə çıxarılmaqdadır.

 

 



Xəbəri paylaş

455 dəfə oxunub.

Digər xəbərlər
9-08-2022, 11:37 TƏBİB həkim axtarır