Saytımızı qiymətləndirin


 
 

Şolts və Bayden Ukrayna ətrafında vəziyyətin ciddi olduğunu deyiblər
Tarix: 17-02-2022 | Saat: 07:01
Bölmə:Karusel / Dünya | çapa göndər

Şolts və Bayden Ukrayna ətrafında vəziyyətin ciddi olduğunu deyiblər

Almaniya kansleri Olaf Şolts və ABŞ Prezidenti Co Bayden çərşənbə günü telefon danışığında Ukrayna ətrafında vəziyyətin ciddi olaraq qaldığını, Rusiya qoşunlarının Ukrayna sərhədlərindən çıxarılmadığını qeyd ediblər.

Qarabaginfo.az "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi jurnalistlərə bildirib.

"Federal kansler Olaf Şolts bu axşam ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığında Ukrayna ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Hər iki lider yekdilliklə bildiriblər ki, Rusiya qoşunlarının Ukrayna ilə həmsərhəd ərazilərdə genişmiqyaslı toplanması ilə əlaqədar regionda yaranan vəziyyət son dərəcə ciddi qiymətləndirilməlidir. Rusiyanın Ukraynaya qarşı növbəti hərbi təcavüz riski qalmaqdadır. Rusiya qoşunlarının tam çıxarılması hələ müşahidə edilməyib”, - deyə Nazirlər Kabinetinin nümayəndəsi bildirib.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts ABŞ Prezidenti Co Bayden ilə telefon danışığında Kiyev və Moskvaya səfərlərini müzakirə edib.

Şolts və Bayden danışıq zamanı Moskvanın Ukrayna ətrafındakı vəziyyətdə diplomatik səylərə hazır olması ilə bağlı bəyanatlarını alqışlayıblar.



Xəbəri paylaş

1269 dəfə oxunub.

Digər xəbərlər