Saytımızı qiymətləndirin


 
 

Pentaqon “Boeing”lə F/A-XX qırıcısının hazırlanması üçün 20 milyard dollarlıq müqavilə bağlayıb
Tarix: 30-09-2026 | Saat: 10:07
Bölmə:Karusel / Dünya | çapa göndər

Pentaqon “Boeing”lə F/A-XX qırıcısının hazırlanması üçün 20 milyard dollarlıq müqavilə bağlayıb

ABŞ Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri üçün altıncı nəsil F/A-XX qırıcısının hazırlanması məqsədilə “Boeing” korporasiyası ilə müqavilə bağlamaq qərarına gəlib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə sentyabrın 29-da Pentaqonun yaydığı məlumatda bildirilib.

20 milyard dollardan çox dəyəri olan müqavilə sınaqların keçirilməsi üçün bir sıra təyyarə prototiplərinin hazırlanmasını nəzərdə tutur.

ABŞ hakimiyyəti F/A-XX göyərtə qırıcısının gələcəkdə F/A-18E “Super Hornet”, F/A-18F “Super Hornet” və EA-18G “Growler” təyyarələrini əvəz edəcəyini gözləyir. Ekspertlərin qiymətləndirmələrinə görə, proqramın ümumi dəyəri perspektivdə yüz milyardlarla dollara çata bilər.

ABŞ müdafiə nazirinin müavini Maykl Daffi F/A-XX qırıcılarının istifadəsinin Amerika hərbçilərinə “həlledici döyüş üstünlüyü” verəcəyini bildirib.

Müqavilə uğrunda “Northrop Grumman” korporasiyası da mübarizə aparıb.



Xəbəri paylaş

47 dəfə oxunub.

Digər xəbərlər