Saytımızı qiymətləndirin


 
 

Ekspert: "Ermənilər Paşinyandan məyus olsalar da, müxalifətə inanmırlar"
Tarix: 16-02-2022 | Saat: 21:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistanın baş naziri Nikol Paşinyanın etimad reytinqi aşağı düşür. Bu, bütövlükdə onun siyasi komandasının reytinqinin aşağı düşməsi fonunda baş verir. Erməni KİV-ləri yazır ki, bunu siyasi ekspert Vigen Akopyan deyib.

Ekspertin fikrincə, baş nazirin komandasının reytinqi Paşinyanın şəxsi populyarlığı sahəsində yüksək olub. Buna baxmayaraq, Akopyan hesab edir ki, Ermənistan əhalisinin indiki hakimiyyətdən məyusluğu hər gün artır.

"Amma bunları nəzərə alsaq belə, parlament müxalifətinin heç bir ümidi olmamalıdır, çünki hazırkı hakimiyyətdən məyus olan Ermənistan sakinləri çətin ki, hazırkı müxalifəti dəstəkləməyə hazırdırlar. Səslərin bir hissəsi, belə demək mümkünsə, yiyəsiz qalıb. Yəni bu bazar günü seçkilərin keçirilməsinə qərar verilsəydi, indiki hakimiyyətdən məyus olan vətəndaşların əhəmiyyətli hissəsi sadəcə olaraq seçkilərə getməzdi”, - Ermənistan KİV-ləri Akopyandan sitat gətirib.



Xəbəri paylaş

1245 dəfə oxunub.

Digər xəbərlər