Tarix: 16-02-2022 | Saat: 13:29
Bölmə:Karusel / Region | çapa göndər
Gürcüstan vətəndaşlarının hava yolu ilə Azərbaycan Respublikasına səfər etmələrinə icazə verilib.
Qarabaginfo.az verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 151 saylı, 26 may 2021-ci il tarixli Qərarına edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikası Baş Nazirinin 40 saylı, 15 fevral 2022-ci il tarixli Qərarı ilə tam (iki) doza peyvənd olunan Gürcüstan vətəndaşları cari ilin 15 fevral tarixindən etibarən Azərbaycan Respublikasına hava yolu ilə səfər edə bilirlər.
“Lakin, Azərbaycan Respublikasına səfər edəcək Gürcüstan vətəndaşları uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19-a dair PCR testin neqativ nəticəsi haqqında çap olunmuş arayış təqdim etməlidirlər. 1–18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında (COVID-19 pasportu tələb olunmur) uçuşlarını həyata keçirə biləcəklər. Bir yaşdan aşağı olan uşaqlar üçün PCR testi tələb olunmur. Uşağın yaşı gediş tarixində müəyyən edilir”, - qeyd olunub.(Apa)
Digər xəbərlər