Saytımızı qiymətləndirin


 
 

Bu şəxslərin təqaüdləri ARTIRILDI
Tarix: 16-02-2022 | Saat: 12:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu şəxslərin təqaüdləri ARTIRILDI

 

facebook sharing button

İşləyən pensiyaçıların təqaüdləri artırılıb.

Bu barədə Qarabaginfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Bildirilib ki, 2021-ci ildə ƏƏSMN-nin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və işləməkdə davam edən 1307 şəxsin pensiyasını yenidən hesablayaraq artırıb:

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, şəxs ona yaşa görə pensiya təyin olunduğu gündən sonra işləməkdə davam edərsə, hər 6 ildən (72 aydan) bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə bölünərək pensiyasına əlavə olunur. Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təminatına, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edənlərin sosial sığorta sistemində iştiraka marağının stimullaşdırılmasına xidmət edir”.



Xəbəri paylaş

208 dəfə oxunub.

Digər xəbərlər