Saytımızı qiymətləndirin


 
 

ABŞ Ukraynadakı səfirliyini Lvova köçürür
Tarix: 14-02-2022 | Saat: 23:52
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

ABŞ Ukraynadakı səfirliyini Lvova köçürür

ABŞ Ukraynadakı səfirliyini müvəqqəti olaraq paytaxt Kiyevdən Lvova köçürmək qərarına gəlib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yaydığı yazılı bəyanatda deyilir.

“Biz Ukraynadakı səfirliyin fəaliyyətini müvəqqəti olaraq Lvova köçürmək prosesindəyik”, - sənəddə vurğulanıb. ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri eyni zamanda bildirib ki, buna Rusiya hərbi qüvvələrinin Ukrayna ilə sərhəddə cəmləşməsinin dramatik sürətlənməsi səbəb olub.

Fevralın 12-də məlum olub ki, ABŞ Dövlət Departamenti ölkənin Kiyevdəki səfirliyinin təxliyəsini elan etməyi planlaşdırır. Qeyd edilib ki, ABŞ-ın ölkədə diplomatik mövcudluğunu davam etdirə bilməsi üçün məhdud sayda amerikalı diplomat Ukraynanın qərbinə, Polşa ilə sərhədə yaxın əraziyə köçürülə bilər.

Xatırladaq ki, ABŞ səfirliyi daha əvvəl ölkə vətəndaşlarına müraciət edərək Ukraynaya getməməyə çağırıb.(Report)



Xəbəri paylaş

1220 dəfə oxunub.

Digər xəbərlər