Saytımızı qiymətləndirin


 
 

Prokurorluq orqanlarında çalışan şəxslərin 61 faizinə buster doza vurulub
Tarix: 14-02-2022 | Saat: 14:10
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Buster” doza ilə peyvəndlənənlərin orqanizmində koronavirusa qarşı yaranmış anticisimlər daha uzun müddət qalır - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prokurorluq orqanlarında çalışan şəxslərin 61 faizinə buster doza vurulub.

Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkəmizdə həyata keçirilən vaksinasiya strategiyası çərçivəsində prokurorluq orqanlarının xüsusi rütbəli, dövlət qulluqçusu olan və dövlət qulluqçusu olmayan əməkdaşları (əks-göstəriciləri olan şəxslər istisna olmaqla) könüllü şəkildə peyvənd vurdurmaqla bu günədək I doza üzrə 97%, II doza üzrə 95% və buster doza ilə 61% əməkdaş vaksin olunub.

"Prokurorluq işçilərinin peyvənd olunması diqqət mərkəzində saxlanılmaqla, koronavirus xəstəliyi keçirmələri ilə əlaqədar peyvənd olunmayan işçilərin I və II doza, həmçinin hər iki dozanı qəbul edən əməkdaşların buster doza ilə peyvəndlənmələri davam etdirilir", - məlumatda qeyd olunub.



Xəbəri paylaş

1284 dəfə oxunub.

Digər xəbərlər