Ana Sayfa > Karusel / Siyasət > Prokurorluq orqanlarında çalışan şəxslərin 61 faizinə buster doza vurulub
Prokurorluq orqanlarında çalışan şəxslərin 61 faizinə buster doza vurulub14-02-2022, 14:10. Yazar: Admin |
Prokurorluq orqanlarında çalışan şəxslərin 61 faizinə buster doza vurulub. Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkəmizdə həyata keçirilən vaksinasiya strategiyası çərçivəsində prokurorluq orqanlarının xüsusi rütbəli, dövlət qulluqçusu olan və dövlət qulluqçusu olmayan əməkdaşları (əks-göstəriciləri olan şəxslər istisna olmaqla) könüllü şəkildə peyvənd vurdurmaqla bu günədək I doza üzrə 97%, II doza üzrə 95% və buster doza ilə 61% əməkdaş vaksin olunub. "Prokurorluq işçilərinin peyvənd olunması diqqət mərkəzində saxlanılmaqla, koronavirus xəstəliyi keçirmələri ilə əlaqədar peyvənd olunmayan işçilərin I və II doza, həmçinin hər iki dozanı qəbul edən əməkdaşların buster doza ilə peyvəndlənmələri davam etdirilir", - məlumatda qeyd olunub. Geri dön |