Saytımızı qiymətləndirin


 
 

Ermənistanın Beynəlxalq Məhkəmədəki arqumentləri özünə qarşı çevrilə bilər - "National Interest"
Tarix: 12-02-2022 | Saat: 20:13
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanın Beynəlxalq Məhkəmədəki arqumentləri özünə qarşı çevrilə bilər – “National Interest”

Ermənistanın BMT-nin Beynəlxalq Məhkəməsindəki arqumentləri özünə qarşı çevrilə bilər, çünki onlar mədəni irsin məhv edilməsi və irqi ayrı-seçkilik ittihamlarına açıqdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kanada Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi Robert Katlerin “National Interest” jurnalında dərc olunan “Ermənistan-Azərbaycan münaqişəsində qərəzliliyin aradan qaldırılması” məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, məhkəmə irqi ədavətin qızışdırılması və təbliğatının qarşısını almaq üçün bütün lazımi tədbirlərin görülməsi ilə bağlı Azərbaycanın Ermənistana qarşı iddiasını təmin edib. Eyni zamanda, məhkəmə Ermənistanın təklif etdiyi “hərbi əsirlər/girovlar” ifadəsindən istifadə etmək iddiasını rədd edib. Əvəzində məhkəmə “şəxslər” sözünün işlədilməsinə qərar verib. BMT Beynəlxalq Məhkəməsi, həmçinin Ermənistanın bu şəxslərin “fizioloji vəziyyətinin müstəqil tibbi qiymətləndirilməsi” ilə bağlı müracətini rədd edib.

“Məhkəmənin Ermənistanın bu məsələ ilə bağlı arqumentlərini rədd etməsi ilə aydın olur ki, “hərbi əsirlər” məsələsi ilə bağlı istənilən manipulyasiya və ya siyasiləşdirmə anti-Azərbaycan ritorikası kimi şərh edilə bilər”, – R.Katler yazır.

Müəllif qeyd edir ki, məhkəmə Ermənistanın bir sıra vəsatətlərini, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “erməni irsi”nə “giriş və istifadə hüququ” barədə iddialarını rədd edib.

“Məhkəmə həmçinin Ermənistanın Azərbaycanı “erməni tarixi, mədəni və dini irsinin” qorunması səylərini təşviq etmək və onların qorunmasına mane olmamağa vadar etmək tələbini qəbul etməyib”, – R.Katler yazır.

Məqalədə qeyd olunur ki, bundan əlavə, Beynəlxalq Məhkəmə Ermənistanın bu “miras”ın “dəyişdirilməsinin” qarşısının alınması və qadağan edilməsi tələbini rədd edib. Məhkəmə “erməni irsi” abidələrinin vandalizm və təhqiramiz hərəkətlərinin qarşısının alınması ilə bağlı qərarla kifayətlənib.

Məqalədə deyilir ki, 1990-cı illərin əvvəllərində Ermənistanın işğalı nəticəsində öz torpaqlarını tərk etməyə məcbur olmuş, Qarabağ və ətraf rayonlardan olan 700 minə yaxın azərbaycanlıya qarşı törədilmiş etnik təmizləmə faktları kifayət qədər sənədləşdirilib.

“Belə hərəkətlərin Ermənistan üçün xarakterik olduğunu qeyd etmək olar”, – məqalədə qeyd olunur.

Məqalədə qeyd olunur ki, irlandiyalı senator Pol Qavan Avropa Şurasına təqdim etdiyi hesabatda “Dağlıq Qarabağ” anlayışını özü özünü elan etmiş rejimin adı kimi deyil, coğrafi region adı kimi istifadə edir.

Bu hesabatda həm də Ermənistanın işğal zamanı Azərbaycan ərazilərində ətraf mühitə vurduğu ziyana dair ətraflı şəkildə sənədləşdirilmiş sübutlar təqdim olunur. Burada həmçinin deyilir ki, Ermənistan işğal dövründə Azərbaycan torpaqlarında 65 məscidi, eləcə də qəbiristanlığı təhqir edib və dağıdıb.

“Təkcə müsəlman obyektləri dağıdılmayıb. Qarabağ bölgəsində pravoslav məbədinin də dağıdılması barədə videoreportaj mövcuddur”, – məqalədə deyilir./Trend



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər