Saytımızı qiymətləndirin


 
 

Ötən il 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib
Tarix: 11-02-2022 | Saat: 19:51
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ötən il 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

Ötən il 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Bələdiyyələrin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi, səmərəli inzibati nəzarətin və metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılaraq 2021-ci ildə 80 min bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, 3.000-dən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 9.100 hektar torpaq sahəsi geri qaytarılıb.

Pozuntulara yol verən bələdiyyələrin vəzifələri şəxsləri barəsində məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokollarla 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, cinayət xarakterli 27 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.



Xəbəri paylaş

1248 dəfə oxunub.

Digər xəbərlər