Saytımızı qiymətləndirin


 
 

Rusiya iki qondarma “respublika”nı tanımağa hazırlaşır?
Tarix: 11-02-2022 | Saat: 14:52
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya Dövlət Dumasının Şurası bazar ertəsi, fevralın 14-də Ukraynanın Donbass regionunda qurulmuş iki qondarma “respublikanın” (“Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”) tanınmasına dair daha əvvəl təqdim edilmiş qətnamə layihəsinin müzakirəyə çıxarılması məsələsinə baxacaq. Bu haqda Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Telegram-kanalında bildirib.

Onun bildirdiyinə görə, deputatlar həmin “respublikaların” statusuna dair müvafiq sənədin şərh verilməsi üçün Xarici İşlər Nazirliyinə göndərilməsini həll etməyi planlaşdırırlar. 

“Məsələ çox ciddidir və məsuliyyətlidir. Söhbət  bizim “DNR” və LNR” ərazisində yaşayan vətəndaşlarımızın və həmvətənlərimizin müdafiəsindən gedir”,-Volodin yazıb. Onun sözlərinə görə, fevralın 12-də Minsk razılaşmasının imzalanmasının 7 ili tamam olacaq. (Həmin razılaşma Donetsk və Luqansk vilayətlərinə “xüsusi status” verilməsini də nəzərdə tutur,-red.). Volodin həmin “respublikalara” dair hazırda iki təklif olduğunu deyib. 

Birinci varianta əsasən həmin “respublikaların” dərhal tanınmasına dair prezident Putinə müraciət edilməsinə dair qətnamə layihəsinin müzakirəsi nəzərdə tutulur. Digər variant isə “respublikaların” tanınmasına dair layihənin şərh almaq üçün XİN-ə və digər dövlət strukturlarına göndərilməsini nəzərdə tutur. “Biz bu məsələni fevralın 14-də Duma Şurasının iclasında müzakirə etməyi planlaşdırırıq”,-Volodin bildirib.

Xatırladaq ki, qondarma “respublikaların” tanınmasına dair qətnamə layihəsi Dövlət Dumasına Ukrayna ətrafında gərginliyin artması fonunda təqdim edilib.

(virtualaz.org)



Xəbəri paylaş

1223 dəfə oxunub.

Digər xəbərlər