“Təklif etmişdim ki, həbs edilən o iki cahil hər gün səhər heykələ qulluq etsinlər...”
Tarix: 21-01-2022 | Saat: 17:48
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
1356 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-01-2022 | Saat: 17:48
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

“Biz indi hər heykəlin yanına bir polis işçisi qoya bilmərik axı. Bu iki cahil gecə gəlib orda axmaqlıq edib, həbs olunublar və layiqli cəzalarını da alacaqlar”
Qarabaginfo.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinin əlindəki təsbehi qıran iki adam haqqında danışarkən deyib. A.Abbas deyib ki, həbs edilən iki adamın hər gün heykələ qulluq edilməsini də təklif edib:
“Mən təklif etmişdim ki, onları hər gün səhər həbsxanadan gətirsinlər və heykələ qulluq etsinlər. Heykəlin ətrafını təmizləsinlər, yusunlar. Bu başqalarına da dərs olsun. Zamanla belə şeylər olub. Düşünmürəm ki, onların hansısa bir məqsədi olub. Yəqin ki, içkili olublar. Bütün bunları istintaq müəyyənləşdirəcək. Yəni bu ağıla gəlməyən, ağılsız adamların, heyvanların işidir”.
Qeyd edək ki, bir neçə gün öncə Hacı Zeynalabdin Tağıyevin heykəlinin əlindəki təsbehi bir neçə şəxs qıraraq kənara atıb. Hüquq-mühafizə orqanları dərhal həmin şəxsləri saxlayıb. Qırılan təsbeh isə heykəltəraşın iştirakı ilə yerinə bərpa edilib. Lakin baş verən hadisə cəmiyyətdə birmənalı qarşılanmayıb.
Xəbəri paylaş
Digər xəbərlər
28-04-2026, 15:22
Azərbaycanda sığorta bazarı 5%-ə yaxın böyüyüb
14-04-2026, 16:09
Ukrayna ilkə imza atdı - Zelenski açıqladı
5-05-2023, 10:30
Gələn həftə Şuşada “Xarıbülbül” festivalı keçiriləcək
30-09-2025, 12:41
Almaniya kansleri Avropa İttifaqında “qiyam” qaldırıb
28-06-2022, 07:41
Baydenlə Makron Ukraynaya raket zərbəsinə sərt reaksiya veriblər
15-07-2026, 21:20
İnsan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib - SƏRƏNCAM
19-10-2026, 15:26
Peskov Putin, Tramp və Si Cinpin arasında mümkün görüşün ətraflı müzakirə olunmadığını bildirib
22-05-2023, 14:07
Azərbaycan Ermənistana yeni təklif GÖNDƏRİB
18-10-2024, 16:46
Ceyhun Bayramov Hakan Fidanla görüşüb
21-08-2023, 17:33
Ukraynada döyüşən rusların övladlarına kvota ayrıldı













