Tarix: 21-08-2023 | Saat: 17:33
Bölmə:Karusel / Dünya | çapa göndər
Ukraynadakı müharibədə iştirak etmiş 300-dən çox Rusiya hərbçisinin övladları 2023-cü ildə Moskva Dövlət Pedaqoji Universitetinə, Ali İqtisadiyyat Məktəbinə və Moskva Aviasiya İnstitutuna daxil olub.
Qarabaqinfo.az"Kommersant"a istinadən xəbər verir ki, bu barədə universitet rektorları bildiriblər.
Qeyd olunub ki, hərbçi övladları üçün yerlər xüsusi kvota çərçivəsində ayrılıb.
2022-ci ilin sonunda Rusiya prezidenti Vladimir Putin Ukraynada döyüşənlərin, habelə "Rusiya Qəhrəmanı" adı və "Şücaət" ordeni alanların övladlarının kvota əsasında universitetlərdə təhsil ala biləcəkləri barədə qanunu imzalayıb.
Belə tələbələr universitetin hər il müəyyən etdiyi ayrıca kvota çərçivəsində qəbul edilir. Kvota qeydiyyat üçün bütün yerlərin ən azı 10%-i olmalıdır.
Digər xəbərlər