Saytımızı qiymətləndirin


 
 

Şəkidə şəhid bulağının açılışı olub
Tarix: 10-02-2022 | Saat: 22:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Şəkidə şəhid bulağının açılışı olub

Şəki rayonunda Vətən müharibəsi şəhidi Saleh Məmmədovun xatirəsinə inşa olunan şəhid bulağının açılışı olub.

Qarabaginfo.az xəbər verir ki, bulaq şəhidin doğulduğu Aşağı Göynük kəndində istifadəyə verilib.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rayonun rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Tədbirdə şəhidin döyüş yolundan danışılıb və onun İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətindən bəhs olunub.

Qeyd edilib ki, Vətən müharibəsinin ilk günündə döyüşlərə yollanan Salehin döyüş yolu Cəbrayıl, Füzuli və Qubadlı istiqamətində olub.

Sonda şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.

S.Məmmədov 2020-ci ilin oktyabrın 24-da Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun nəşi doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin sərəncamları ilə S. Məmmədov ​ ölümündən sonra "Vətən uğrunda", 3-cü dərəcəli "Vətənə xidmət uğrunda" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.



Xəbəri paylaş

1302 dəfə oxunub.

Digər xəbərlər