Saytımızı qiymətləndirin


 
 

Ermənistanın "ArmNews" telekanalı və "Tert.am" saytı fəaliyyətini dayandırır
Tarix: 10-02-2022 | Saat: 21:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistanın "ArmNews" telekanalı və "Tert.am" saytı fəaliyyətini dayandırır

Ermənistanda Karyak Media şirkəti fəaliyyətini fayandırıb.

Qarabaginfo.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə şirkətin qurucularından biri Samvel Farmanyan bildirib.

Onun sözlərinə görə, şirkətə daxil olan "ArmNews" telekanalı, "ArmNews FM" radiosu və "Tert.am" nəşri bağlanıb.

Samvel Farmanyan bildirib ki, media şirkətinin fəaliyyəti ilə bağlı uzun müddətdir suallar yaranmışdı. Bu müddət ərzində siyasi qüvvələrdən müxtəlif əməkdaşlıq təklifləri də gəlib.

“Biz həmçinin satış üçün bir neçə variant müzakirə etdik, lakin siyasətimizi davam etdirməyə və getdiyimiz yola sadiq qalmağa imkan verəcək variantları tapmadıq. Ona görə də çətin, lakin ən real qərarı verdik “, - deyə Farmanyan bildirib.

Onun sözlərinə görə, ümumi neytrallıq, ictimai apatiya, siyasi oyunçuların passivliyi onlara başqa seçim qoymayıb.

Farmanyan qeyd edib ki, indiki formatda işləmək ilk növbədə, onlar üçün yanlışdır.



Xəbəri paylaş

1245 dəfə oxunub.

Digər xəbərlər