Tarix: 09-02-2022 | Saat: 22:49
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Zirə"yə keçidim daha erkən baş verməliydi".
Qarabaginfo.az bildirir ki, bunu "Report"a açıqlamasında "Zirə"nin yeni transferi Rahil Məmmədov deyib.
"Qarabağ"dan icarə əsasında paytaxt klubuna keçən 27 yaşlı müdafiəçi bildirib ki, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışından sonra bu barədə razılıq əldə olunmuşdu: "Amma iki mərkəz müdafiçimizin kiçik zədə alması keçidimin gerçəkləşməsini bir qədər gecikdirdi".
Son bir ildə zədələrdən əziyyət çəkdiyini deyən təcrübəli futbolçu oyun təcrübəsi baxımından geri qaldığını etiraf edib: "Zirə"yə keçidimin bu baxımdan mənim üçün faydalı olacağını düşünürəm. Ümid edirəm ki, həm formamı bərpa edəcək, həm də yeni komandama fayda verəcəyəm".
Qeyd edək ki, Rahil Məmmədov cari mövsümün sonunadək "Zirə"də çıxış edəcək.
Digər xəbərlər