Tarix: 09-02-2022 | Saat: 13:29
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakı Apellyasiya Məhkəməsində Türkiyə bayrağına hörmətsizlik edən 1985-ci il təvəllüdlü Fuad İsmayılovun 30 günlük inzibati həbs qərarından verilmiş şikayətinə baxılıb.
Qarabaginfo.az xəbər verir ki, sosial şəbəkələrdə F. İsmayılovun məhkəmədə müxtəlif iddialarla çıxış etdiyi barədə məlumatlar yayılıb.
Yayılan məlumatlara görə, F. İsmayılov məhkəmədə saxlanılan zaman və ondan sonra polis bölməsində döyüldüyünü iddia edib. İddiaya görə, zərbələrdən qulağının pərdəsi cırılıb, üzündə və bədənində xəsarət izləri yaranıb.
İddialarla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirib ki, iddiaların təfərrüatlarının yoxlanılması məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub:
“Fuad İsmayılov müayinədən keçirilib. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizami rayon şöbəsində keçirilən müayinə zamanı onun bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmayıb”.
Qeyd edək ki, ötən ay sosial şəbəkələrdə paytaxtın Nizami rayonu ərazisində qardaş ölkənin bayrağına qarşı hörmətsizlik edildiyi əks olunan video yayılıb. Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə görüntüdəki şəxs Fuad İsmayılov qısa müddətdə saxlanılıb. Nizami Rayon Məhkəməsinin qərarı ilə F. İsmayılov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.
Digər xəbərlər