Saytımızı qiymətləndirin


 
 

Xocalının Sığnaq kəndində baş verən qəza ilə bağlı cinayət işi açılıb
Tarix: 08-02-2022 | Saat: 10:37
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Xocalının Sığnaq kəndində baş verən qəza ilə bağlı cinayət işi açılıb

Ötən gün Xocalının Sığnaq kəndində baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Sığnaq kəndində “Kolin İnşaat Turizm Sənaye və Ticarət şirkəti”nə məxsus xidməti avtobus qəzaya uğraması faktı ilə bağlı Xocalı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd olunub ki, hadisəni törədən avtobusun sürücüsü Paşa Mürşüdov xəsarət alıb, hazırda müalicə olunur.

Qeyd edək ki, fevralın 6-sı axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən 21 nəfər xəsarət alıb. 16 nəfər ilkin tibbi yardımdan sonra Bakıya təxliyə edilib. 5 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasındadır. Xəsarət alanların vəziyyəti sabitdir və həkim nəzarətindədirlər.

Qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb.



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər