Saytımızı qiymətləndirin


 
 

Naxçıvandan 107 kq narkotikin tranzit keçirilmə cəhdinin qarşısı alınıb - FOTO
Tarix: 07-02-2022 | Saat: 17:45
Bölmə:Karusel / Kriminal | çapa göndər

Gömrük xidməti tərəfindən Polşaya 107 kq narkotik dövriyədən çıxarılıb

 

Gömrük xidməti əməkdaşları tərəfindən daha iki fakt üzrə narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alınıb.

Komitədən Qarabaginfo.az-a verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Polşa Respublikasına dekorativ daş yükü və hamam ləvazimatı aparan, Türkiyə Respublikası vətəndaşının idarə etdiyi 76AAH601/76AAJ764 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində risk məlumatı əsasında gömrük baxışı həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş 51 ədəd duş kabin üçün plastik vanna altlığında xüsusi üsulla gizlədilmiş, ümumi çəkisi 102 kiloqram 740 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Həmin nəqliyyat vasitəsinin ardınca Naxçıvan Muxtar Respublikası ərazisinə tranzit giriş edən, hərəkət marşrutu, yükü, idxalatçı və ixracatçının rekvizitləri eyni olan, Türkiyə Respublikası vətəndaşının idarə etdiyi 76AAH493/76AAK425 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində gömrük baxışı həyata keçirilən zaman isə nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş 2 ədəd duş kabin üçün plastik vanna altlığında gizlədilmiş ümumi çəkisi 4 kiloqram 230 qram olan narkotik vasitə-heroin aşkar olunub. Oxşar gizlətmə üsulundan istifadə edilməklə törədilmiş hər iki qaçaqmalçılıq əməli üzrə aşkarlanmış narkotik vasitənin ümumi xalis çəkisi 106 kiloqram 970 qram təşkil edib.

Qeyd olunan faktlarla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə cinayət işi başlanılıb.



Xəbəri paylaş

1260 dəfə oxunub.

Digər xəbərlər