Saytımızı qiymətləndirin


 
 

Ödənişli təhsil alan və kəsiri olan tələbələrin SAYI
Tarix: 07-02-2022 | Saat: 12:01
Bölmə:Karusel / Təhsil | çapa göndər

"2021/2022-ci tədris ilində ödənişli təhsil alan 1-ci kurs tələbələrindən 40 719 nəfərin təhsil krediti almaq hüququ var".

 

Qarabaginfo.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev deyib.

 

O qeyd edib ki, tələbələrdən 21 364-ü bakalavr, 6 522 nəfəri magistr, 12 833 nəfəri isə subbakalavrdır:

 

"Təhsil haqqını ödəyən tələbələrin sayı isə 126 173 nəfərdir. Onların 28 674-ü akademik borcu olanlardır. Bu da həmin tələbələrin 20-30 %-ni təşkil edir. 41 291-nin ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan aşağıdır. Bu da 30-40 % təşkil edir".

 

Sədr qeyd edib ki, Azərbaycanda 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 972 nəfəri ali, orta ixtisas və orta təhsilə malikdir:

 

"Əhalinin hər 10 000 nəfərinə düşən tələbələrin sayı 200 nəfərdir. Bu rəqəm orta ixtisas təhsili müəssisələrində 63 nəfərdir. Bütün əyani təhsil alan tələbələrin 59,5% ödənişli təhsil alan tələbələrdir, o cümlədən bakalavriat səviyyəsi üzrə 58,5%, magistratura səviyyəsi üzrə 62.8% və subbakalavriat səviyyəsi üzrə 61% ödənişli təhsil alır".



Xəbəri paylaş

249 dəfə oxunub.

Digər xəbərlər