Tarix: 07-02-2022 | Saat: 09:14
Bölmə:Karusel / Region | çapa göndər
"ABŞ və Rusiya qoşunları Türkiyənin cənub-şərqindəki Mardin vilayətinin Derik rayonundan, Suriyanın Mənbic bölgəsinə qədər 30 km uzunluğundaki sahəni YPG-PKK terrorçularından təmizləməlidir".
Qarabaginfo.az xəbər verir ki, bunu "Report"un yerli bürosuna açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar bildirib.
O, qeyd edib ki, adıçəkilən bölgədə yaşayan kürdlər PKK təzyiqindən qurtulmalıdır:
"Belə olarsa, ABŞ və Rusiya təkcə həmin regionda Türkiyəylə gəldiyi razılığın şərtlərini pozmayacaq, eyni zamanda Ankaranın geosiyasi mənafelərinə qarşı çıxış etməyəcəklər".
Ekspert bu versiyanın Türkiyə üçün mümkün fəsadlarını da qeyd edib:
"Türkiyənin sərhədləri boyunca belə bir terror təhlükəsinin mövcudluğu, ölkənin təhlükəsizlikdən, geosiyasi maraqlarının təmin edilməsinə, həmçinin Yaxın Şərqdəki proseslərdə aktiv iştirakına böyük təhdiddir".
Digər xəbərlər