Tarix: 05-02-2022 | Saat: 17:29
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Buraya gələndə hamı mənə qarşı isti münasibət göstərdi və ilkin təəssüratlarım əladır".
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun rəsmi televiziyasına müsahibəsində deyib.
25 yaşlı hücumçu komanda yoldaşları və baş məşqçi Jelko Kopiçlə tanış olduğunu bildirib: "Mənə söylədilər ki, nəyə ehtiyacım olsa, onlarla əlaqə saxlaya bilərəm. Burada tanıdıqlarım əla insanlardır. "Dinamo"ya keçdiyim üçün xoşbəxtəm. Həqiqətən də bu klubun bir hissəsi olmaq heyrətamizdir. Komandanın keyfiyyəti barədə danışmağa ehtiyac yoxdur, hər kəs bunu çox yaxşı bilir".
Forvard daha əvvəl Zaqreb təmsilçisinin bir neçə oyununu izlədiyini vurğulayıb: "İngiltərənin "Tottenhem" klubuna qarşı matç möhtəşəm idi. "Dinamo" göstərdi ki, rəqib top klub olsa da, müqavimət göstərmək mümkündür və hamı bu komandaya hörmət etməlidir".
Qeyd edək ki, Polşa "Legiya"sından ayrılan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb.
Digər xəbərlər