Saytımızı qiymətləndirin


 
 

Dövlət başçısı: “Əminəm ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq”
Tarix: 04-02-2022 | Saat: 18:10
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezident İlham Əliyev

“Hesab edirəm ki, yeni nəticələrin necə əldə olunması üçün biz gələcəyimizi koordinasiya və xoşməramlı şəkildə birlikdə planlaşdırmalıyıq. Azərbaycanın isbat edilmiş qaz ehtiyatı məlumdur: 2,6 trilyon kubmetr. Əlbəttə ki, ən böyük yataq “Şahdəniz”dir - bir trilyon kubmetr. Əminəm ki, daha çox olacaq”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında deyib.

“Çünki neft və qaz yataqlarının işlənilməsi ilə bağlı təcrübəmizə baxsanız, görərsiniz ki, biz həmişə yolumuzun əvvəlində gözlənildiyindən daha böyük həcmdə ehtiyatları görürük. Bunlar yeni yataqların kəşfi və yeni texnologiyalar sayəsində mümkün olmuşdur. Çünki bu gün bu sahədə texnologiya sürətlə inkişaf edir. Buna görə də mən əminəm ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. Dediyim kimi, “Şahdəniz” Azərbaycanda əsas qaz yatağıdır və bu vaxtadək Cənub Qaz Dəhlizinə töhfə verən yeganə yataqdır. Lakin digər layihələr üzərində də iş gedir”, - dövlət başçısı qeyd edib.



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər