Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Ordusunun mexanikləşdirilmiş və tank bölmələri ilə məşğələlər keçirilir - VİDEO
Tarix: 04-02-2022 | Saat: 16:52
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan Ordusunun mexanikləşdirilmiş və tank bölmələri ilə məşğələlər keçirilir - VİDEO

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun mexanikləşdirilmiş və tank bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib. Məlumata görə, Ümumqoşun təlim mərkəzlərində keçirilən dərslərdə bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarını tutublar.
Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla, müasir idarəetmə üsullarının tətbiq edilməsi ilə keçirilən dərslərdə bölmələr digər qoşun növləri ilə qarşılıqlı əlaqədə yerdəyişmə tapşırıqlarını icra edir.
Məşğələlərdə əsas diqqət heyətlərin zirehli texnikaları çətin keçilən ərazilərdə idarə etməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərinin yüksəldilməsinə, o cümlədən müxtəlif manevrlər etməklə atış çalışmaları yerinə yetirməsinə yönəldilir.
Həmçinin komandir və müvafiq vəzifəli şəxslərin bilik səviyyəsi, eləcə də idarəetmə və çevik qərar qəbuletmə vərdişləri inkişaf etdirilir.



Xəbəri paylaş

1230 dəfə oxunub.

Digər xəbərlər