Saytımızı qiymətləndirin


 
 

Nəhənglərin rəqsi: Putin Cinpinlə məxfi danışıqlara başladı
Tarix: 04-02-2022 | Saat: 13:19
Bölmə:Karusel / Dünya | çapa göndər

Qarabaginfo.az xəbər verir ki, bu, Rusiya prezidenti Putinin koronavirus pandemiyası başlayandan bəri Çinə ilk səfəridir.

Putinin Pekində bir gün qalacağı nəzərdə tutulub. Çin lideri ilə danışıqlardan, o cümlədən işgüzar nahar zamanı təkbətək görüşdən sonra Putin XXIV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində qonaq olacaq.

Danışıqlarda ikitərəfli, regional və qlobal gündəliyin əsas məsələlərinin müzakirəsi planlaşdırılır. İclasın yekunu olaraq hökumətlərarası, idarələrarası və kommersiya sənədləri paketinin, eləcə də yeni dövrdə beynəlxalq münasibətlər və qlobal davamlı inkişafa dair liderlərin birgə bəyanatının imzalanması gözlənilir.(Teleqraf.com)



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər