Tarix: 04-02-2022 | Saat: 07:14
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ Ukrayna ilə bağlı gərginliyin artması fonunda Avropaya göndərdiyi hərbçiərin sayını artırıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə CBS kanalı məlumat yayıb.
ABŞ-ın Şimali Karolina ştatında yerləşən Fort Braqq bazasından 2 minə yaxın hərbçi havaya qalxıb. Bunun 1700 əsgəri Polşaya, təxminən 300-ü isə Almaniyaya göndərilir.
Çərşənbə günü Pentaqon Almaniyadan Rumıniyaya təxminən 1000, həmçinin Almaniya və Polşaya ümumilikdə 2000 ABŞ əsgəri yerləşdirmək niyyətində olduğunu açıqlayıb.
Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız gərginliyin artması adlandırıb. Peskov vurğulayıb ki, Rusiya heç kim üçün təhlükə yaratmır. Eyni zamanda, o, bu cür bəyanatlara haqq qazandırmaq üçün təxribatların mümkünlüyünü istisna etməyib və Ukraynanın cənub-şərqindəki böhranın güc yolu ilə həlli cəhdlərinin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.
Digər xəbərlər