Tarix: 03-02-2022 | Saat: 21:17
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Bakıda və Abşeron yarımadasında fevralın 5-də hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin sürətinin 15-20 m/san olacağı gözlənilir.
Milli Hidrometerologiya Xidmətinidən Qarabaginfo.az-a verilən xəbərə görə, gündüz bəzi yerlərdə küləyin sürətinin arabir 23-28 m/san-dək artacağı gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enəcək.
Azərbaycanın rayonlarında hava şərsiti qeyri-sabit olacaq.
Sabah axşam qərb rayonlarından başlayaraq fevralın 6-sı səhərədək bəzi rayonlarda hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Yağıntıların əsasən Böyük Qafqazın Quba-Qusar bölgəsində, Şərqi Zəngəzur, Qarabağ və Daşkəsən-Gədəbəy zonasında intensiv olacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/san, ayrı-ayrı yerlərdə isə 23-28 m/san-dək güclənəcək.
Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.
Digər xəbərlər