Tarix: 02-04-2019 | Saat: 10:58
Bölmə:Karusel / Sosial | çapa göndər
"Uşaq ana sözü deməyə başlayanda. 2-3 yaşdan sonra uşaqlar çox sual verirlər, hər şeylə maraqlanırlar. Onların suallarını heç vaxt geri çevirmək olmaz. Nə sual verirlərsə, onun yaşı səviyyəsində cavab vermək lazımdır. Torpağımızın çiçəklərindən tutmuş, heykəllərinə qədər məlumat vermək lazımdır. Ən azı Şəhidlər Xiyabanının yanından keçəndə qəhrəmanlar haqqında danışsınlar. Uşağın ilkin qəhrəmanlıq bilikləri nağıllarla bağlı olur. Uşaqlara nağıllarla müqayisəli şəkildə qəhrəmanlarımız haqqında da danışmaq lazımdır”. Vətənə məhəbbət körpəlikdən, beşikdə ananın dediyi layladan, söylədiyi nağıllardan başlayır. Uşaqlara vətən sevgisi aşılamaq üçün həm də valideynlər o ruhda olmalıdırlar: “Dinimizi, dilimizi, tariximizi, mədəniyyətimizi bilməliyik ki, uşaqlarımıza da aşılayaq. İnsanın öz dilində ən rahat danışdığı, özünü ən rahat ifadə etdiyi ərazi onun dövlətidir. İllərdir formalaşan, ata-babalarımızın qoruduğu mədəniyyəti qorumaq bizim borcumuzdur. Vətən sevgisinin təməli tariximizi, keçmişimizi bilməyimizdən başlanmalıdır. Ulu babalarımızın bizə qanı, canı bahasına yadigar qoyduğu bu torpaqları qorumaq bu gün bizim, sabah övladlarımızın borcudur”.
N.Müslümov həmçinin bildirib ki, : "evdə, ailədə davranış və danışıqlarımızla nümunə olmalıyıq. Daha sonra bağça, məktəb, universitet, iş həyatı və ömür boyu davam etməlidir. Çünki vətəni sevmənin yaşı, cinsi, məkanı yoxdur: “Hər şərtdə, hər şəraitdə vətənə sədaqətlə bağlı olmalı və uşaqlara da bunu aşılamalıyıq. Dili söz tutmayan körpəmizə çalışıb ilk sözünü vətən dedizdirməliyik. Zamanla bayrağımızı onda olan rəngləri, simvolları izah etməliyik, şeirlər əzbərlətməliyik vətən üçün gözümüzü belə qırpmadan ölümə getməyə hər an, hər dəqiqə hazır olmağı da uşaqlara öyrətmək lazımdır. Gənc və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi Vətəndaşlıq borcu, ilk növbədə, insanın yaşadığı torpaqla, vətənlə bağlılığıdır. Vətən borcu vətəndaşlıq borcudur. Şəhidlər xiyabanı azadlığımızın, milli iradəmizin qürur mənbəyidir Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımız, müstəqilliyimiz və milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaq".
Digər xəbərlər